Müxtəlif istiqamətlər üzrə 20 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və şəhərlərarası avtobus əlaqələrinin təkmilləşdirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə 20 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müsabiqəyə Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumqayıt və Bərdə-Tərtər istiqamətləri daxildir.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar sənədlərini dekabrın 23-ü saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Sənədlər Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında qəbul olunur.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim edilməlidir.
İddiaçıların təkliflərinə komissiya tərəfindən lotlar üzrə aşağıdakı tarixlərdə baxılacaq:
5 yanvar: Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətləri;
8 yanvar: Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətləri;
12 yanvar: Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və Bərdə-Zaqatala istiqamətləri;
15 yanvar: Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumqayıt və Bərdə-Tərtər istiqamətləri.
Lotlar üzrə marşrutların hərəkət qrafikləri barədə ətraflı məlumatı AYNA-nın rəsmi resurslarından əldə etmək mümkündür.

