Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. Rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.
Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatında deyilir.
BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik.

