Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan-Hindistan mədəni əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər mədəniyyət günlərinin, birgə sərgilərin və festivalların təşkili, eləcə də muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.