Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 23-ü gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.