Kənd təsərrüfatı naziri Ağdaşda vətəndaşları dinləyəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 4-də saat 10:00-da Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Ağdaş, Yevlax, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayonları və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Ağdaş, Yevlax, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayonları və Mingəçevir şəhərinin sakinləri Ağdaş DAİM-ə (050-829-71-73) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.