Şamaxı rayonunda zəlzələ qeydə alınıb

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:56-da baş verib.

 Zəlzələnin maqnitudası 3,7 olub, ocağı 9 kilometr dərinlikdə yerləşib. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.