Türkiyə XİN 20 Yanvar şəhidlərinin xatirəsini anıb
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb.
Bu barədə Türkiyə XİN-nin rəsmi “X” səhifəsində paylaşım edilib.
“20 Yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycanlı qardaşlarımızı sayğı və rəhmətlə anırıq”, - deyə paylaşımda qeyd olunub.


