Tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsi başlanır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
BŞTİ-dən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 3-dən 9-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.
İştirakçılar ərizəyə aşağıda qeyd olunan sənədləri əlavə etməlidirlər:
-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);
- Diplomun surəti;
- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.
Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla link vasitəsilə tanış ola bilərlər.

