Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı artıb.
Yerrveinsan.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10264040 nəfərə çatıb.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

