Bəzi yerlərdə intensiv yağış yağacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 26-sı gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

