Qeyri-sabit havanın bölgələrə vurduğu fəsadlar - VİDEO
Bölgələrdə davam edən qeyri-sabit hava Tovuzun ucqar dağ kəndlərindən olan Göyəbaxanda fəsadlar törədib.
Sakinlərin sözlərinə görə, bir neçə dəfə yağan iri dolu təsərrüfata və evlərin, yardımçı tikililərin dam örtüklərinə ciddi ziyan vurub. Doludan sonra yaranan sel evlərə dolub.
Kənd sakinləri iddia edirlər ki, təbiət hadisəsindən sonra Tovuz Rayon İcra Hakimiyyətinin nəzdindəki fövqəladə komissiya kəndə baxış keçirib, dəyən ziyanın miqyası və miqdarı müəyyənləşdirilib. Lakin yardım zamanı verilən dam örtükləri siyahıya alınmaqlarına baxmayaraq bir qisim əhaliyə verilməyib.
Tovuz Rayon İcra Hakimiyyətindən bildirildi ki, Göyəbaxan kəndində dolu nəticəsində ziyan çəkmiş fərdi evlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşlari ilə birlikdə müəyyən edilib və dam örtüyü verilib. Vətəndaşların tələbi doludan ziyan çəkmiş yardımçı tikililər üçünn dam örtüyünün verilməsidir. Bu tikililər üçün dam örtuyünün verilməsi nəzərdə tutulmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

