Yağıntılı hava davam edəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava iyulun 9-u gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

