Sabah Bakıda külək əsəcək, dağlıq rayonlara yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz  26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29°  isti  təşkil edəcək.

 
Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 %  olacaq.  

Avqustun 5-də abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək. 

Avqustun 5-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb  küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz  32-37° isti,  dağlarda gecə 13-17° isti,  gündüz  19-24°  isti təşkil edəcək.