Bakıda fəaliyyət göstərən daha iki marşrut üzrə avtobuslar yenilənir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.