Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib.
Bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.
Paylaşımda zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edilib, yaralananlara tezliklə sağalmaları arzu olunub.
“Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - deyə paylaşımda vurğulanıb.

