Güclü külək fəsadlar törətdi - Ağaclar aşıb, dam örtüyü qopub

Ağaclar aşıb, dam örtüyü qopub. Hətta aşan ağaclardan birinin budağı uşağın, qopan dam örtüyü isə yaşlı kişinin başına düşüb.

Hadisə Sumqayıtda şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Anası ilə gedən 10 yaşlı Aylin Qədəlilinin başına ağacdan qırılan budaq düşüb.Ağır xəsarət alan Aylin Qədəlili baş-beyin travması diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 10 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir.

Daha bir hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. Belə ki, 6/2a nömrəli binanın qarşısından keçən, 57 yaşlıYetər Zeynalovanın başına dam örtüyündən qopan dam örtüyü düşüb. Xəsarət alan 57 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Güclü külək Abşeron rayonunda da ciddi fəsadlar törədib. Hadisə Ceyranbatan qəsəbəsində baş verib. Külək yaşayış binalarının dam örtüklərini uçurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mingəçevirdə külək iri gövdəli ağacları aşıb. Heydər Əliyev prospektində çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşıb.

Qarabağ bölgəsində güclü külək elektrik təsərrüfatınaziyan vurub,

Bərdə Tərtər və Ağdam rayonlarınsakinlərinin verdiyi məlumata görə, iri gövdəli çinar vəşam ağacının qırılmasınəticəsində elektrik dirəkləri, eləcə də naqillər sıradan çıxıb. Eyni zamandaağacınağırlığına tab gətirməyən kabellərdə bir neçə sayğacı dadivardan qoparıb. Elektrik enerjisi verilişində fasilələr yaranıb.

Bərdənin Türkmən kəndi ərazisindəağacn yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Nəticədə kəndə verilən elektrik enerjisi dayandırılıb. Rayonun Şirvanlı kəndində elektrik transformatorun da baş verən qısa qapanma partlayışa səbəb olub. Nəticə Yanğın baş verib. Əraziyə yanğınsöndürən cəlb olunub.

Məsələ ilə əlaqədar Bərdə Ağdam və Tərtər rayonlarının aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər aparır. Hazırda hər üç rayonun ərazisində küləkli hava şəraitidavam edir.