Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

Azərbaycanın Birinci vitse-Prezidenti bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.