Bərdədə xəzinədar işlədiyi mağazadan 340 min manat pul mənimsəyib

Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.