Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Avqustun 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna sularda xilasetmə məntəqəsinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.