Qubada meşə-kolluq ərazidə yanğın baş verib

Qubada meşə-kolluq ərazidə yanğın baş verib.

Yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.


Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.


Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.


Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.