Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...

26 avqust Azərbaycan Respublikasının Birinci vitse prezidenti, bütün ruhu, duyğuları və sevgiləri Azərbaycan olan Mehriban xanım Əliyevanın doğum günüdür. Bu gün münasibətilə ölkə ictimaiyyəti,  eləcə də Azərbaycan qadınları böyük hörmət və ehtiramla möhtərəm  Mehriban xanım Əliyevanı təbrik edir, ona xoş arzularını diləyirlər. Mehriban xanım Əliyeva  harada çalışmasından asılı olmayaraq, fəaliyyətinin ilk günündən hər kəsin etimadını doğrultmuş, könüllərdə sönməyən ümid çırağı yandırmış və xalqın tükənməz sevgisini qazanmışdır.
Bu səbəbdən ictimaiyyət, xüsusilə də əhalinin həssas təbəqəsi möhtərəm Prezidentimizə hələ də imzaladığı sərəncəma görə təşəkkürlər bildirilir.  
Möhtərəm Birinci vitse prezidentimiz hələ İlk müsahibələrinin birində həyatda hər bir kəsin  yerini və taleyini  tarix müəyyən edir deyərək, nəcib missiyasının yol xəritəsini insanlara çatdırmışdır.  
Gördüyü misilsiz fəaliyyətinə görə O, milli-mənəvi dəyərlərin və mədəniyyətin  qoruyucusu və təbliğatçısı, səhiyyənin, və  təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, ümidsizlərin, kimsəsizlərin dayağı adlandırılır. Beynəlxalq aləmdəki uğurlu fəaliyyəti ölkəmizin nüfuzunu yüksəklərə qaldırmaqla,  Azərbaycan qadınının əzəmətini dünya insanına tanıdır.    
Möhtərəm  Mehriban xanım Əliyeva insanlara xidmət etməkdən yorulmur, əksinə bundan zövq alır və  xidmət etdikcə  şöhrətilə vətənimizə başucalığı  gətirir. Mehriban xanım əməlində mərhəmətin, məsuliyyətin və vicdanın  dövlətinə, vətənə və vətəndaşına  xidmət etməyin təməl prinsipləri olduğunu sübut etdi. O, hansı  işi görməyə qərar verirsə, hansı layihəni gerçəkləşdirdisə, uğur  və nailiyyətlərlə nəticələnir . Bu mənada O, tutduğu bütün  vəzifələrə şərəf gətirməklə,  onu ləyaqətlə yerinə yetirmişdir. Qazandığı hər uğurda  ölkəsini sevməyin və ona xidmət etməyin, onun ləyaqətli elçisi olmağın formulunu göstərdi.
O, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı, yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən haqq səsi oldu.
Möhtərəm xanım Birinci vitse-prezidentin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə  çözülməyən problemlərin həlli üçün onlarla ali tədbirlər keçirildi. Təkcə  xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla yetmədi,  həm də insanları minillər boyu qazanılmış bəşəri dəyərləri  qorumağa çağırdı, sivilizasiyalarası dialoqa misilsiz  töhfələr verdi.
Çıxışlarında səsləndirdiyi “həyatda  nə böyük , nə də kiçik rollar olmur... Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız... özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki  sən də, dünyadakı yerin də yeganə və bənzərsizdir” fəlsəfi baxışları ilə dünyanın tərəqqipərvər insanlarını yenidən düşünməyə çağırır. O dünyanın gələcəyi naminə  fərqli mədəniyyətlərə,  dillərə, inanclara, rənglərə  malik  insanları dialoqa səslədi…Dünyanın gözəlliyini və gələcəyini  fərqlilikdə  və bütövlükdə  gördü. İnsanları  güc dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibətlər qurmağa səslədi. Birgə yaşamağın mümkünlüyünü xalqımızın timsalında sübut etdi, ucalmağın və  ucaltmağın, insanların inamını və etimadını  qazanmağın, ümid yeri olmağın  yolunu göstərdi. Mehriban xanımın dünyagörüşündə istənilən vəzifə xidmətdir, xalqına və ölkəsinə şərəf  gətirməkdir.
Bunun nəticəsidir ki, ölkəmizdə və müxtəlif ölkələrdə, mötəbər  beynəlxalq təşkilatlarda  ali titullara, mükafatlara və vəzifələrə layiq görüldükcə, O milli və bəşəri dəyərlərə xidmət etməyin simvoluna çevrildi.
Bugün Möhtərəm  Mehriban xanım Əliyeva nə qədər çoxsaylı  və əzəmətli  uğurlara imza atsa da, Azərbaycan həqiqətlərinin  dünyaya çatdırılmasında  daha çox əzimkarlıqla çalışır. Onun Azərbaycan dövləti və xalqı üçün ölkə daxilində və xaricdə gördüyü bu misilsiz işlərin mayasında yalnız bir məsələ dayanır. Bu Azərbaycanın ərazi bütövlüyünün bərpası və soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Çünki onun da hamı kimi Qarabağ adlı nigaran yurdu, bülbülləri perik düşən Şuşa qalası var. Milli dövlətçilik tariximizin yadigarı olan bu Qala Tomris, Nüşabə, Sara Xatun, Xanqızı Natavan kimi...Onun da yolunu gözləyir.
Əminik ki, tezliklə möhtərəm Mehriban xanım Əliyeva ən yaxın silahdaşı olan Respublikamızın Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevlə xalqımızı bu müqəddəs arzuya qovuşduracaqdır.
Uca Allah möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentimizə  üç rəngli, ay-ulduzlu  bayrağımızı  Şuşa qalasında dalğalandırmaq səadəti nəsib etsin.

Ad Gününüz mübarək olsun, əziz 
Mehriban xanım...

Məlahət İbrahimqızı
millət vəkili