Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Ağsu rayonunun Kəlağaylı kəndi yaxınlığında

avqustun 29-da baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

FHN-dən bildiriblər ki, yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı yüksək gərginlikli elektrik xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının qarşısının alınması üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.