“TurAz Qartalı - 2019” təlimlərinə döyüş helikopterləri də qoşulub (VİDEO)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterləri iştirak edir.