Sabah Azərbaycanda 28 dərəcəyə qədər isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.