Masallıda zəlzələ olub

Sentyabrın 9-da yerli vaxtla saat 02:45 radələrində Masallıda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, Lənkəran stansiyasından 26 kilometr cənub-şərqdə qeydə alınan zəlzələ hiss olunmayıb.