Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Maştağa qəsəbəsində "VAZ-2107" və digər minik avtomobilinin toqquşması zamanı avtomobillərdən birində olan 1990-cı il təvəllüdlü Məmmədov Yusif Məmməd oğlu və onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Məmmədova Nailə Vahid qızı xəsarət alıb.

 
Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.