Meşələrdə donuzçuluq təsərrüfatı yaradılıb: Bu biabırçılığın adı nə?! FOTO-VİDEO

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsi meşələrin dağıdılmasına niyə göz yumur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( ETSN) Meşələrin bərpası üçün yeni əkinçilik sisteminin tələblərinə cavab verən tez böyüyən meşə plantasiyalarının layihələndirilməsi və salınmasını meşəçilk üçün əsas prioritetlərdən bir kimi qəbul etmişdir.Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan Daşkəsən və Gədəbəy rayonları ərazilərində olan meşələr bəzi işbazlar tərəfindən dağıdılır. Sözügedən meşələrdə mal-qoyun sürülərinin payızlıq yerləşdirilməsi üçün meşəbəylər vəzifələrindən sui-istifadə etməklə maddi maraq naminə meşələrin məhv edilməsinə göz yumurlar.

Gədəbəy rayonunun meşə masivində hətta donuzçuluq təsərrüfatı belə yaradılıb.Meşələrimizin necə mühafizə edilməsi məsul şəxslərin üzərində nəzarətsizliyin olmasından xəbər verir.Mal-qoyun sürüləri və donuzçuluqla bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər texniki bitkilər) səmərəli istifadənin təşkilinə imkan verirmi? Yəqin ki, yox…ETSN-nin rəhbərliyi meşəçiliklə bağlı qəbul etdikləri fəaliyyət istiqamətlərindən biri də meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması, yeni meşə quruluşu layihələrinin hazırlanmasıdır.

Hər il meşələrin inkişafına və mühavizəsinə dövlət büdcəsindən mln-la vəsait xərclənirsə, nədən Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev meşələrdə baş verən özbaşınalığa göz yumur? Daşkəsən rayonunun Çıraqlı və Astaf meşələrində yerli kənd sakinləri də meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınmaması istiqamətində Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətsizlikdə ittiham edirlər.Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşərin İnkişafı Deportamentindən sözügedən meşələrin monitorinqin keçirilməsini tələb edirlər.

 Müəllif: Ərşad İbrahimov

KANAL32.AZ