Sabah paytaxtda küləyin sürətinin saniyədə...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də gündüz şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir.