"Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

"Mümkün qədər çox qol vurmaq, titullar qazanmağı hədəfləyirəm. İnsanlar 31 yaşın çox olduğunu düşünür. Ancaq niyə də bu yaşda ən yaxşı mövsümümü keçirməyim?"

Bu sözləri "Sevilya"nın futbolçusu Xavyer Ernandes "Radio Formula"ya açıqlamasında deyib.
 

İspaniyadakı çıxışını dəyərləndirən meksikalı hücumçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda cərimə zərbəsindən "Qarabağ"a vurduğu qolu da xatırlayb. O, bu cür qollar üçün xüsusi hazırlaşdığını bildirib: "Qarabağ"la görüşdə fərqləndiyim zaman təəccüb hissi keçirmədim. "Vest Hem"də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”

Xatırladaq ki, Çiçarito ləqəbli forvard "Qarabağ"a Bakıda 3:0 qalib gəldikləri matçda hesabı açmışdı.