Prezident İlham Əliyev Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib

Prezident İlham Əliyev R.Ə.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilir.