Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.