SOCAR: Heydər Əliyev adına BNEZ-də təmir işləri başa çatmaq üzrədir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan təmir başa çatmaq üzrədir.

Bunu BNEZ-də mətbuat turu zamanı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, təmir olunan avadanlıqlar mərhələli şəkildə istismara verilir.

 
SOCAR zavodda təmir işlərini noyabrın 4-dək başa çatdırmaq niyyətindədir. BNEZ-lə yanaşı, Sumqayıtda “Azərkimya” müəssisəsində də təmir-bərpa işləri aparılır.