Azərbaycan XİN Respublika günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Respublika günü münasibətilə Türkiyəni təbrik edib.

Bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

“Türkiyə Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə səmimi təbriklərimizi çatdırır və qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirik! 29 Oktyabr - Cümhuriyyət Bayramın mübarək olsun, qardaş Türkiyə!”, - deyə qeyd olunub.