Bu il verilən ipoteka kreditlərinin həcmi açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 113 ipoteka krediti verilib.

Bu barədə Fondun məlumatında bildirilib.

 
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344 milyon 600 min manatdan çoxdur.

Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457 min 600 manat təşkil edib.