OPEC+ neftin istehsal həcmlərinin azaldılmasını israr etməyəcək

OPEC+ ölkələri dekabrda baş tutacaq növbəti görüşdə neftin istehsal həcmlərinin azaldılmasını israr etməyəcək.

OPEC üzvləri və onların müttəfiqləri hazırkı istehsal hədəflərini qoruyub saxlamaq və təşkilatın üzvlərini OPEC+ sazişi çərçivəsində öhdəliklərini daha yaxşı yerinə yetirməyə çağıracaq.

Qeyd edək ki, oktyabr ayında dünya mediası OPEC+ ölkələrinin dekabr iclasının bir hissəsi olaraq, 2020-ci ildə tələbat zəif artmasından qorxduqları üçün neft hasilatının bir qədər də azaldılmasını nəzərdən keçirəcəyini bildirib.