Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik" parkında "Təbiət naminə birləş! Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.