İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi

Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. Bu barədə  İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.