Siyəzəndə yük və minik avtomobilləri toqquşub

Siyəzən rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayonu Çiləgir kənd sakini Savalanov Hümmət Şayəddin oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobilin “KamAZ”la toqquşması nəticəsində sürücü ilə yanaşı, maşında olan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Xaçmazın Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı ağır yaralanıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılsa da Günay Savalanova və Oksana Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. Sürücü Hümmət Savalanovun vəziyyəti də ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.