Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qasımov Balakişi Ələkbər oğlu

Talıbov Elman Eldar oğlu

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2019-cu il.