Karantin postlarından 500 avtomobil geri qaytarılıb

İyulun 7-də karantin postlarından 500 avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən  bildiriblər ki, iyulun 7-si saat 00:00-dan iyulun 8-i saat 00:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 55-i rayon, 135-i paytaxt istiqamətinə olmaqla 190, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 140-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 200 avtomobil geri qaytarılıb. Ümumilikdə 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.