İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb

İmişlidə bütün karxanaların fəaliyytində pozuntular aşkarlanıb.

 Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, həmin karxanalarla bağlı hüquqi addlımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı onların fəaliyyətində kənaraçıxmalar qeydə alınıb”.

S.Qurbanov qeyd edib ki, ötən il ümumilikdə 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib.//Trend