Azərbaycana yaz gəldi...

Azərbaycana yaz fəsli qədəm qoydu.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 13:37-də baş verib.

Bu vaxtdan etibarən gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.