Şahmatçılarımız Avropa kubokunda mübarizəyə başlayırlar

Martın 27-də klublar arasında start götürəcək onlayn Avropa kubokunda şahmatçılarımız mübarizəyə başlayırlar.

Yarışda Azərbaycanı 5 komanda - “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil idman”, “Gənclik” və “Nakhchivan - Noah's Land” komandaları təmsil edəcək.

Bu gün komandalarımızdan “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) E qrupunda, “Gənclik” (Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev) yığması D qrupunda, “Nakhchivan - Noah's Land” komandası (Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev) G qrupunda, “Vüqar Həşimov” komandası (Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov) H qrupunda, “Təhsil idman” komandası (Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli) isə I qrupda mübarizə aparacaqlar.

Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, martın 30-31-də isə final oyunlarında iştirak edəcəklər.