Gəncə İcra Hakimiyyətinin həbs olunan vəzifəli şəxslərinin işi məhkəməyə göndərilib

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyuyat zamanı saxlanılan, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmov barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində aparılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hələlik icraata verilməyib.

 
Xatırladaq ki, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.