Abituriyentlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında hazırlanmış məqaləni təqdim edir.

Mərkəzdən  bildirilib ki, Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.