Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini təsdiqləyib

 

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibini təsdiqləyib

Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Parlamentin sədri Sahibə Qafarova MSK-nın tərkibinin 18 nəfərdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP), 6 nəfəri azlıq təşkil edən partiyaların təmsilçiləri, digər 6 nəfəri isə bitərəf deputatlardır.

Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyasının yeni tərkibi səsə qoyularaq təsdiqlənib.

Siyahıda hakim Yeni Azərbaycan Partiyasından (YAP) Məzahir Pənahov, Rövzət Qasımov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova və Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının əsas, Surəddin Hümbətov isə əvəzedici üzvü kimi deputatları təmsil edəcəklər.

Bitərəf deputatları Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Fuad Cavadov, Nailə Əsgərova və Aydın Muradov təmsil edəcəklər.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-nın üzvləri isə Böyük Quruluş Partiyasından (BQP) Bəxşeyiş Əsgərov, Ana Vətən Partiyasından (AVP) Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Mikayıl Rəhimli, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) Almas Qəhrəmanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) Vətəndaş Birliyi Partiyası ilə birgə namizəd Tofiq Həsənov, Azərbaycan Demokratik Maarifçilik Partiyasından İlkin Şahbazov seçiliblər.