Moskvada keçirilən uşaq rəsm müsabiqəsinin yekunları elan edildi

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, 1943-cü ildən başlayaraq hər il Moskvada keçirilən Ümumrusiya Uşaq Kitabı Festivalı – Uşaq Kitabı Həftəsi çərçivəsində keçirilən uşaq rəsm müsabiqəsində iştirak etmişdir.

Uşaq rəsm müsabiqəsini Müstəqil Dövlətlərin Kitabyayımı Assosiasiyası təşkil edir. 2020-ci ildə münsiflər heyətinə 200-dən çox uşaq rəsmi təqdim edilmişdir. Müsabiqənin yekunları vurulmuşdur. 68 ən yaxşı rəsm seçilərək nəşr olunan alboma daxil edilmişdir.

Yasamal rayon MKS-i müsabiqəyə səkkiz rəsm təqdim etmiş, onlardan üçü münsiflər heyəti tərəfindən bəyənilərək nəşr olunan alboma daxil edilmişdir.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdi Əminə Hidayətli müsabiqədə lll yerə layiq görülmüş və Diplomla təltif edilmişdir. “Maraqlı-az” İncəsənət Studiyasının şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşa Fəxri Fərmanla təltif edilmişdilər. Qaliblərə albom və kitab hədiyyə edilmişdir.

2020-ci ildə keçirilən uşaq rəsm müsabiqəsi Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə və 2020-ci ildə yubileyləri qeyd edilən yazıçılardan C.Rodari, A.S. Ekzüperi, Mark Tven, P.Yerşov və H. X. Andersenə həsr olunmuşdur

Fotosessiya