Azərbaycanda 2125 nəfər COVID-19-dan sağalıb - STATISTIKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 321 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, aktiv xəstə sayı 23 130 nəfərdir.

 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 777, ötən müddət ərzində isə ümumilikdə 3 262 655 test aparılıb.