Binəqədi rayonundakı yanğında 12 ağac məhv olub

Bakı şəhərinin Binəqədi rayonunda 70 kvadratmetr sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Strategiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 kvadratmetr sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.