Bakı-Xırdalan-Sumqayıt qatarı ilə sərnişin daşımaları bərpa edilir

Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir.

Bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.

Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.